"Şaxtyor" cəzalandırıldı, BATE çempion elan olundu

21:54 11 May 2023

"Şaxtyor" (Soliqorsk) və "Energetik BGU" 2022-ci il Belarus çempionatında qazandıqları qızıl və gümüş medallardan məhrum ediliblər.

 

Sportarena.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyası məlumat yayıb. Sözügedən klublar danışılmış oyunlarda iştirak ediblər. Buna görə də Belarus Futbol Federasiyasının (ABFF) Nəzarət, İntizam və Etika Komitəsi onları cəzalandırıb.

 

Nəticədə BATE 2022-ci ilin çempionu olub. "Dinamo" (Minsk) gümüş, "İsloç" bürünc medal qazanıb.

 

Bundan əlavə "Beşila" klubunun da danışılmış oyunlarda iştirak etdiyi aşkarlanıb. Mükafatlardan məhrum edilməklə yanaşı, hər 3 klubun cərimələnəcəyi və ya 2023 və 2024-cü il mövsümlərində xallarından məhrum ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, komandalar 3 iş günü ərzində ABFF Klubların Lisenziyalaşdırma Apellyasiya Komitəsi ilə əlaqə saxlayaraq bu qərardan şikayət edə bilərlər.


Digər xəbərlər

Xəbər xətti