"Arsenal" futbolçusu Bukayo Saka ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Sportarena.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. London təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. Saka ilə artıq Avropanın bir neçə nəhəng klubu maraqlanır. "Arsenal" isə onu buraxmaq istəməyib və futbolçunu sözləşməni yeniləməyə razı salıb. Klubun yaxında yeni müqavilə haqda rəsmi açıqlama yayacağı bildirilir.
Qeyd edək ki, Saka bu mövsüm 45 matçda 14 qol vurub və 11 qolun ötürməsini verib.