"Bavariya"nın sədri Oliver Kan növbəti yay Viktor Osimhen ("Napoli"), Randal Kolo Muani ("Ayntraxt" Frankfurt) və Harri Keyni ("Tottenhem") transfer edəcəkləri barədə məlumatlara münasibət bildirib.
Sportarena.az "Bild"ə istinadən xəbər verir ki, o, hələlik bu haqda düşünmədiklərini bildirib:
"Bavariya" Viktor Osimhen üçün 150 milyon avro ödəməyə hazırdırmı? Bu qədər ödəniş haqqında danışarkən özümüzə sual verməliyik: Bu oyunçu bizə 150 milyon avro səviyyəsində oynayacağına zəmanət verirmi? Bu, çox böyük risk ola bilər.
Kolo Muani? Başqa klubların futbolçuları haqda danışmaq istəmirəm. Biz hücumçu bazarına baxırıq. Harri Keyn haqqında nə deyə bilərəm? Eyni şey - başqa klubların oyunçuları haqqında danışmaq istəmirəm".