Bu gün Azərbaycanın iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxacaq.
Sportarena.az xəbər verir ki, Alfonso Dominges (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) finala vəsiqə qazanmaq üçün mübarizə aparacaq.
Dominges həlledici qarşılaşmaya vəsiqə uğrunda Georgi Kuşitaşvili (Gürcüstan) üz-üzə gələcək. Abdullayev bu raundda kubalı Fernando Lopes Arzola ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki boksçu yarımfinala vəsiqə qazanmaqla özləri üçün ən azı bürünc medalı təmin ediblər.