Rafinya “Barselona”dan ayrılmaq niyyətində deyil. Brazilyalı cinah hücumçusu İspaniya nəhəngini tərk edəcəyi barədə xəbərləri təkzib edib.
Sportarena.az xəbər verir ki, “Barselona” rəhbərliyi ötən yay “Lids”dən 58 milyon avroya transfer etdiyi futbolçudan məmnun deyil. Bu səbəbdən onun satılması haqda düşünülür. Futbolçunun mövqeyindəki rəqibi olan Usman Dembele ilə müqavilənin 2028-ci ilədək uzadılması qərar alındığından Rafinyanın vəziyyəti daha da pisləşir. Lakin braziliyalı istənilən halda 2027-ci ilin yayınadək olan müqaviləsinə sonunadək əməl etmək niyyətindədir:
“Hamısı yalan xəbərlərdir. Yazılanlar doğru deyil. Bu xəbərləri yayanların peşəkarlığına şübhə edirəm”.
“Barselona” Rafinya haqda yazılanlarla sükutla reaksiya verirsə, Neymarın mümkün transferi ilə bağlı xəbərləri təkzib edir. Yayda PSJ-dən ayrılacaq braziliyalının yenidən İspaniyaya qayıtması inandırıcı görünmür. Klub maliyyə problemləri üzündən bu keçidlə bağlı ümumiyyətlə, düşünmədiyini elan edib:
“Hər iki tərəfin bir-birinə qarşılıqlı hörməti var. Neymarın “Barselona”nı sevməsindən məmnnunuq, lakin transferin reallaşması mümkünsüzdür”.