Futbol üzrə Rusiya millisi İndoneziya yığması ilə yoldaşlıq oyunu keçirə bilər.
Sportarena.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ruslar yoldaşlıq matçı ilə bağlı İndoneziya Futbol Assosiasiyası ilə danışıqlar aparıb, razılığa gəlməyə çalışacaqlar.
2023-cü ilin martında Rusiya millisi İran (1:1) və İraqla (2:0) iki yoldaşlıq oyunu keçirib.
Rusiyanın Ukraynaya təcavüzkar hücumuna görə bu ölkənin milli komandası FİFA və UEFA-nın himayəsi altında keçirilən beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.