Avropa Liqası yarımfinal mərhələsinin ilk matçlarının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, həftənin ən yaxşısı adına "Sevilya"nın futbolçusu İvan Rakitiç layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Xorvatiyalı yarımmüdafiəçi səsvermədə Federiko Qatti ("Yuventus"), Nemanya Matiç ("Roma") və Edmond Tapsobanı ("Bayer") qabaqlayıb.
Qeyd edək ki, İvan Rakitiç "Sevilya"nın səfərdə "Yuventus"la 1:1 hesablı heç-heçə etdiyi görüşdə 90 dəqiqə meydanda olub.