"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola sıx oyun qrafikindən növbəti dəfə şikayətlənib.
Sportarena.az BBC-yə istinadən xəbər verir ki, "şəhərlilər" Çempionlar Liqasının yarımfinalında evdə "Real"a qarşı cavab oyununa 72 saat qalmış, bazar günü "Qodison Park"da "Everton"la qarşılaşacaqlar. Qvardiola isə bu qrafikin futbolçuları yorduğunu bildirib:
“Hər şey ortadadır. Mən bunu başa düşə bilmirəm. Amma daha mübarizə aparmaqdan yorulmuşam. Ümumiyyətlə, mən bu cür oyun cədvəlini anlamıram. Belə vəziyyət komandanı yorur".
Qeyd edək ki, ÇL-in yarımfinalının ilk matçında "Mançester Siti" "Real" ilə heç-heçə edib - 1:1. Cavab görüşü mayın 17-də İngiltərədə olacaq.