Çempionlar Liqasında yarımfinalın ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bu, "Mançester Siti"dən Kevin De Brüyne olub.
Belçikalı yarımmüdafiəçi "Real"dan Vinisius Junior, "İnter"dən Nikola Barella və Henrix Mxitaryanı qabaqlayıb.
Qeyd edək ki, Kevin De Brüyne "Real" ilə matçda (1:1) komandasının yeganə qolunun müəllifi olub.