Türkiyənin "Qalatasaray" klubu yeni mövsümün planlarını qurmağa başlayıb.
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yayda yollarını ayıracağı futbolçular bəlli olub. Müqaviləsi bitənlərdən qapıçı Okan Koçuk, müdafiəçilər Emre Taştemir, Sem Adekukbe, yarımmüdafiəçi Xuan Mata və hücumçu Bafetimbi Qomislə yollar ayrılacaq.
"Qalatasaray" icarə əsasında komandada çıxış edən Milot Raşitsa və Mauro İkardini isə saxlamaq istəyir. Hər iki futbolçunun klubu ilə danışıqlar aparılır.