Bu gün “Sabah” ilə Türkiyənin “Beşiktaş” komandası arasında yoldaşlıq oyunu keçirilib.
Sportarena.az xəbər verir ki, sözügedən komandalar Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda üz-üzə gəlib.
6 qolun vurulduğu matç sülhlə bitib - 3:3.
Qeyd edək ki, bu matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.
Yoldaşlıq oyunu
13 may
18:00. “Sabah” 3:3 “Beşiktaş” (yekun)
Qol: Aleksey Kaşuk, 3, 5, Davit Volkov, 70 - Umut Meraş, 24, 44, Cenk Tosun, 63 (pen)
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.