“Sabah” və “Beşiktaş” rəhbərləri arasında görüş keçirildi

10:45 13 May 2023

“Sabah” və “Beşiktaş” bu gün Bakıda yoldaşlıq oyunu keçirəcək.

 

Sportarena.az xəbər verir ki, matçda əvvəl hər iki klubun rəhbərləri arasında görüş baş tutub.

 

Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da iştirak ediblər. Dostluq yeməyindən sonra “Beşiktaş”ın vitse-prezidenti Engin Baltacı “Sabah”ın prezidenti Maqsud Adıgözəlova “Beşiktaş”ın formasını hədiyyə edib.

 

Bu gün keçiriləcək “Sabah” – “Beşiktaş” oyununa saat 18:00-da start veriləcək.


Digər xəbərlər

Xəbər xətti