Azərbaycanın yeniyetmə taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Multi Avropa Oyunlarında daha 3 medal qazanıblar.
Sportarena.az xəbər verir ki, yarışın ikinci günü dayanq üzərinə idmançılardan İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələnib. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb.
Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub.
Beləliklə, milli komanda Multi Avropa Oyunlarını 6 medalla bitirib. Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərliyi etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə üçüncü yeri tutublar.