Dünya Çempionatı: Daha bir cüdoçumuz mübarizəyə başlayır

12:01 13 May 2023

Bu gün Qətərin paytaxtı Dohada cüdo üzrə dünya çempionatına yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın yarışdakı sonuncu təmsilçisi də bu gün mübarizəyə qoşulacaq. 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan Uşangi Kokauri tatamiyə çıxacaq. Onun ilk rəqibi yeni zelandiyalı Kodi Endryus olacaq.

 

Qeyd edək ki, hazırkı dünya çempionatında Azərbaycan millisinə yeganə medalı Zelim Kotsoyev qazandırıb. 100 kq-da çıxış edən idmançı dünya üçüncüsü olub. Daha əvvəl kişilərdən Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlardan isə Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar.


Digər xəbərlər

Xəbər xətti