“Barselona”da transfer gündəmi: İngiltərə klubları ilə bazarlıq başladı

14:52 13 May 2023

“Barselona” yay transfer pəncərəsi dövründə heyətində dəyişiklik edəcək. İspaniya nəhənginin hədəflər də bəllidir.

 

Sportarena.az xəbər verir ki, “Barsa” əsasən yarımmüdafiə xəttinə əl gəzdirəcək. Serxio Busketsin vida qərarından sonra klub rəhbərliyi buna məcburdur.

 

Artıq İlkay Gündoğanın transferi yekunlaşmaq üzrədir. Almaniya millisinin türk yarımmüdafiəçisi “Mançester Siti”dən ayrılmağa qərar verib. 32 yaşlı oyunçu İngiltərə klubundan azad agent kimi ayrılaraq daha az maaşa İspaniyada oynayacaq.

 

Onunla yanaşı Ruben Neveş də “Barselona”ya keçəcək. “Vulverhempton”la bir illik müqaviləsi qalan 26 yaşlı dayaq yarımmüdafiəçisi şəxsi müqaviləsinin detallarını razılaşdırıb. İngiltərə klubu oyunçusunu İspaniyaya göndərməklə yanaşı 30 milyon avro da ödəyəcək. Çünki qarşılığında Ansu Fatini heyətinə qatacaq.

 

İspaniya nəhənginin daha bir futbolçusu da İngiltərəyə köçəcək. “Real”dan Marko Asensionu transfer edə bilməyən “Aston Villa” əvəzində Ferran Torresi istəyir. 23 yaşlı oyunçu üçün 45 milyon avro tələb edilir və birmingemlilər transferi bitirməkdə qərarlıdır.


Digər xəbərlər

Xəbər xətti