“Everton”un qapıçısı Cordan Pikford karyerasını “Mançester Yunayted”də davam etdirə bilər.
Sportarena.az “Mirror”-a istinadən xəbər verir ki, ispaniyalı qapıçı David de Xea Mançester təmsilçisini tərk etsə, Pikfordun keçidi reallaşa bilər.
İngiltərəli qolkiper “Everton”la sözləşməsini 2027-ci ilə qədər uzadıb.
Pikford cari mövsümdə “Everton”un heyətində bütün turnirlər daxil olmaqla 35 oyuna çıxıb, 56 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.