“Roma”nın baş məşqçisi Joze Mourinyo tennis üzrə “Böyük Dəbilqə”nin 22 qat çempionu Novak Cokoviçin Romada (İtaliya) keçirilən “Masters” seriyalı turnirdəki açılış matçını izləyib.
Sportarena.az xəbər verir ki, o, bundan sonra tennisçiyə avtoqraf almaq üçün yaxınlaşıb.
Həmin anlar kameralara düşüb. Mourinyo Cokoviçdən beysbol papağını imzalamasını istəyib. Novakın avtoqraf verdikdən sonra onlar qucaqlaşıblar.
Xatırladaq ki, Romada Cokoviç 7:6 (7:5), 6:2 hesabı ilə Argentina təmsilçisi Tomas Martin Etçeverriyə qalib gəlib. Novakın növbəti rəqibi bolqarıstanlı Qriqor Dimitrov (26) olacaq. Yarışın mükafat fondu 7 705 780 avro təşkil edir.