"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gələrək (3:0) tarixlərində 10-cu dəfə Azərbaycan çempionu olmaqları barədə danışıb.
Sportarena.az xəbər verir ki, mütəxəssis "CBC Sport"a açıqlamasında komandası ilə fəxr etdiyini deyib:
"Futbolçularımı təbrik edirəm. Həqiqətən də çox sevinirəm ki, futbolçularım bu mövsüm bunu bacardılar. Düşünürəm ki, onlar çempionluğa layiq idilər. Allaha şükürlər olsun, futbolçularımız ilin əvvəlindən bu günədək hər oyuna çempionluq istəyi ilə çıxdılar. Azarkeşlərimizi də təbrik etmək istəyirəm. İl boyu bizə dəstək oldular. Öz komandam və futbolçularımla fəxr edirəm".