“Milan” və "Atalanta" uduzdu, “İnter” qalib gəldi - VİDEO

09:51 14 May 2023

İtaliya A Seriyasında 35-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

 

“Milan” səfərdə “Spetsiya”ya, “Atalanta” da “Salernitana”ya məğlub olub. “İnter” isə doğma meydanda “Sassuolo”nu inamlı hesabla yenib.

 

İtaliya A Seriyası

35-ci tur

13 may

Salernitana – Atalanta 1:0

Qol: Kandreva, 90+3.

 

Spetsiya – Milan 2:0

Qol: Vişnevski, 75. Espozito, 85.

 

İnter – Sassuolo 4:2

Qol: Lukaku, 41; 89. Tressoldi, 55-öz qapısına. L.Martines, 58 – M.Henrike, 63. Frattezi, 77. 


Digər xəbərlər

Xəbər xətti