İngiltərə Premyer Liqasının “Çelsi” klubunun rəhbərliyi London təmsilçisinin yeni baş məşqçisinin namizədliyi ilə bağlı qərar verib.
Sportarena.az xəbər verir ki, jurnalist Mett Lou sosial şəbəkədə argentinalı mütəxəssis Maurisio Poçettinonun “Çelsi”nin baş çalışdıranı olacağını bildirib.
İnsayderin sözlərinə görə, yaxın vaxtlarda Poçettinonun təyinatının rəsmi təsdiqi gözlənilir.
51 yaşlı çalışdırıcının son iş yeri ötən yay tərk etdiyi PSJ klubu olub. Bundan əlavə, argentinalı “Tottenhem”, “Sauthempton” və “Espanyol”da çalışıb.