“Real” öz rekordunu yenilədi. “Kral klubu” bunu dünən “Xetafe” üzərində qələbə qazanmaqla bacardı.
Sportarena.az xəbər verir ki, madridlilər növbəti dəfə Çempionlar Liqasının qrupuna vəsiqəni təmin etdi. ÇL-i az qala öz çempionatına çevirən “Real” 21-ci əsrdə qitənin ən nüfuzlu yarışından kənarda qalmayıb. İspaniyada çempionluq yarışından kənarda qalan “blankos” hazırda 71 xala malikdir və 5-ci olan “Vilyarreal”dan 14 xal öndədir.
Ümumiyyətlə, “Real” ardıcıl 27-ci dəfədir Çempionlar Liqasına vəsiqə qazanır. Ən yaxın izləyici olan “Barselona” bunu 20-ci dəfə bacarıb. Madridlilər sonuncu dəfə 1996/97 mövsümündə bu yarışdan kənarda qalıb.