“Vest Hem”in yarımmüdafiəçisi Deklan Rays klubunu dəyişə bilər.
Sportarena.az “The Guardian”-a istinadən xəbər verir ki, 24 yaşlı ingilis futbolçunun transferində İngiltərənin iki nəhəngi – “Arsenal” və “Mançester Yunayted” maraqlıdır. “Arsenal”ın Raysın transferi məsələsində bir addım öndə olduğu bildirilir.
Rays bu mövsüm bütün turnirlərdə 44 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.