Spaletti “Napoli”nin prezidenti ilə görüşüb

15:47 14 May 2023

“Napoli” mayın 8-də baş məşqçisi Luçano Spaletti ilə müqavilənin müddətini uzadıb.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, o, bununla bağlı klub prezidenti ilə görüşdüyünü söyləyib:

“Dünən klubun prezidenti Aurelio De Laurentislə müsbət görüşümüz oldu. Gələcəyimiz parlaqdır. Buna əminəm”.

 

Spalettinin maaşının 2.8 milyon avrodan illik 4.5 milyon avroya qədər artırılacağı gözlənilir.

 

Neapol təmsilçisi 33 illik fasilədən sonra 2022/23 mövsümündə çempion olub. “Napoli” daha öncə 1986/87 və 1989/90 mövsümlərində də “qızıl” qazanmışdı.


Digər xəbərlər

Xəbər xətti