Vieri keçmiş komandasını təriflədi

16:49 14 May 2023

İtaliya millisinin sabiq futbolçusu Kristian Vieri “İnter” haqda fikirlərini bölüşüb.

 

Sportarena.az “ITASportPress”-ə istinadən xəbər verir ki, o, “neradzurra”nın yarımmüdafiə xətti haqda danışıb:

“Onlar yarımmüdafiədə çox güclü çıxış edirlər. Həmin mövqe üçün dörd əla oyunçuya sahibdirlər. Bu gün “İnter”in yarımmüdafiə xətti Avropanın istənilən komandasına qarşı mübarizə apara bilər. Topa və oyuna nəzarət etməyi yaxşı öyrəniblər”.

 

“İnter” UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında “Milan”ı məğlub edib – 2:0. Cavab qarşılaşması 16 may, saat 23:00-da başlayacaq.

 

Vieri 1999-2005-ci illərdə “İnter”in formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti