"İnter"in hücumçusu Romelu Lukaku mövsümün sonu ilə bağlı gözləntilərini bölüşüb.
Sportarena.az xəbər verir ki, "Sassuola" üzərində qazanılan qələbədən sonra belçikalı klubun mətbuat xidmətinə danışıb:
"Əhəmiyyətli qələbə idi. "Sassuolo" həmişə "San Siro"da bizə çox çətinlik yaradır. Məşqçi bizə bu matçın vacibliyini izah etdi. Biz də sona qədər oynadıq. Fiziki səviyyədə həmişə inkişaf edə bilərik, yaxşı iş görürük, çoxlu qollar vururuq, hər oyunçu əlindən gələni edir. Əslində, biz daha iki kubok qazana bilərik. Çərşənbə axşamı bizi "Milan"a qarşı çox çətin oyun gözləyir və buna hazırlaşmalıyıq. Nə qədər oynamaq istəyirəm? Hamı kimi, mən də oynamaq niyyətindəyəm. Lakin heyəti baş məşqçi seçir".
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk görüşündə "Milan"a səfərdə 2:0 qalib gəlib. "İnter" A seriyasında 35 oyundan sonra 66 xalla üçüncü pillədədir.