Çempionlar Liqasının yarımfinalında keçiriləcək "İnter" - "Milan" cavab oyunu üçün hakim təyinatları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, matçın baş hakimi Kleman Turpen idarə edəcək. Ona Nikolas Danos və Benjamin Paqes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Stefan Frappart yeinə yetirəcək.
Qeyd edək ki, mayın 16-ı keçiriləcək "İnter" - "Milan" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında ilk qarşılaşma "İnter"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.