“Milan” Morata üçün “Atletiko Madrid”ə təklif hazırlayır

18:21 14 May 2023

“Milan” “Atletiko Madrid”in hücumçusu Alvaro Moratanı transfer etməkdə ciddidir.

 

Sportarena.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “rossoneri” bossları yaxın vaxtlarda Madridə təklif verməyə hazırdır.

 

Mənbənin məlumatına görə, “Milan” növbəti mövsüm komandanı gücləndirəcək hücumçu axtarır. Klub rəhbərliyi Moratanın ən uyğun namizəd olduğuna əmindir.

 

Bildirilir ki, “Milan”ın rəhbərlərini ən çox hücumçunun İtaliya çempionatındakı təcrübəsi, eləcə də dili yaxşı bilməsi valeh edir.

 

Morata bu mövsüm “matraslılar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 15 qol və 3 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti