"Əl-Hilal"ın prezidenti Fahad Bin Saad Bin Nafel PSJ-nin futbolçusu Lionel Messinin transfer ediləcəyi ilə bağlı yayılan xəbərləri şərh etməkdən istəməyib.
Sportarena.az xəbər verir ki, “goal”a danışan klub rəsmisi argentinalı barədə verilən suala cavablamaqdan imtina edib:
"Mənə Messi haqda sual verməyin. Heç bir məlumat verməyəcəm. Rəsmi nəsə olsa, bunu mətbuat xidmətində görəcəksiniz".
Bir müddət əvvəl Messinin "Əl-Hilal"a keçəcəyi və illik 500 milyon dollardan çox maaşla müqavilə imzalamağa yaxın olduğu bildirilirdi.