İspaniya La Liqasında 34-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
“Selta” evdə “Valensiya”ya uduzub. “Sevilya” da “Valyadolid”lə səfər matçında darmadağına sevinib. “Elçe”nin qonağı olan Madrid “Atletiko”su isə məğlubiyyətlə üzləşib.
Lider “Barselona” da “Espanyol”un qonağı olub. Kataloniya derbisində inamlı qələbəyə sevinən “Barselona” sona 4 tur qalmış çempionluğu təmin edib. Bu, sözügedən klubun 27-ci İspaniya çempionluğudur.
Hazırda “Barselona” 85 xalla vahid liderdir. “Real” 71 xalla ikinci, “Atletiko” 69 xalla üçüncü pillədə qərarlaşıb.
İspaniya La Liqası
34-cü tur
14 may
Selta – Valensiya 1:2
Qol: Seferoviç, 60 – Kluyvert, 8. Mari, 88.
Elçe – Atletiko 1:0
Qol: Fidel, 41.
Valyadolid – Sevilya 0:3
Qol: Mir, 50. P.Qomes, 79. Korona, 90+3.
Espanyol – Barselona 2:4
Qol: Puado, 73. Xoselu, 90+2 – Levandovski, 11; 40. A.Balde, 20. Kunde, 53.