“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində 9 mümkün rəqibi bəlli olub

10:03 15 May 2023

Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki 9 mümkün rəqibi bəlli olub.

 

Sportarena.az xəbər verir ki, püşkatma zamanı səpələnmişlərin siyahısında yer alacaq Ağdam təmsilçisi reytinqi aşağı komandalardan birinə rəqib olacaq.

 

Ümumiyyətlə, I raundun 32 iştirakçısından 22-si məlumdur. Püşk zamanı onlardan 10-u güclülər, 9-u zəiflər arasında olacaq. Digər 3 komandanın isə hansı səbətə düşəcəyi hələlik qeyri-müəyyəndir.

 

Püşkatmada hər səbətdə 16 klub yer alacaq. “Qarabağ”ın isə Ermənistan çempionu ilə qarşılaşması mümkün olmadığından, Azərbaycan çempionu 15 komandadan birinə rəqib olacaq. İlkin mərhələnin qalibi də I raundda səpələnməmişlər arasında yer alacaq.

 

“Qarabağ” Çempionlar Liqasındakı ilk duelindən üstün ayrılsa, II təsnifat mərhələsində də səpələnmişlərin səbətində qərarlaşacaq.

 

UEFA Çempionlar Liqası
 

İlkin mərhələ

Səpələnmişlər:

“Breydablik” (İslandiya)

Monteneqro çempionu

 

Səpələnməmişlər:

“Tre Penne” (San-Marino)

“Atletik Ekaldes” (Andorra)

 

I təsnifat mərhələsi

Səpələnmişlər:

“Ferentsvaroş” (Macarıstan)

“Qarabağ” (Azərbaycan)

“Slovan” (Slovakiya)

BATE (Belarus)

“Astana” (Qazaxıstan)

“Jalgiris” (Litva)

HIK (Finlandiya)

“Flora” (Estoniya)

“Şemrok Rovers” (İrlandiya)

TNS (Uels)

 

Səpələnməmişlər:

“Klaksvik” (Farer adaları)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Rakuv” (Polşa)

“Haken” (İsveç)

“Valmieras” (Latviya)

“Larne” (Şimali İrlandiya)

“Hamrun” (Malta)

“Hesperange” (Lüksemburq)

“Struqa” (Şimali Makedoniya)

 

Qeyri-müəyyənlər:

“Olimpiya” (Sloveniya)

“Zrinski” (Bosniya və Herseqovina)

“Linkoln” (Cəbəllütariq)


Digər xəbərlər

Xəbər xətti