Poçettino argentinalıları “Çelsi”də istəyir

11:57 15 May 2023

“Çelsi”nin yeni baş məşqçisi Mauritsio Poçettino bu həftə Londonda olacaq. Onunla 3 illik müqailə bağlanması və rəsmi açıqlama verilməsi gözlənilir.

 

Sportarena.az xəbər verir ki, tərəflər müqavilə ilə bağlı bütün şərtləri razılaşdırıblar. Yalnız argentinalı məşqçinin transfer tələbləri qalıb və onların da yayda reallaşdırılması vəd edilib.

 

Poçettinonun əsas istəklərindən biri komandanı tərk edəcəyi gözlənilən Meyson Mauntla yeni müqavilə bağlanmasıdır. “İnter”dən həmyerlisi Lautaro Martinesin tələb edən argentinalı, Viktor Osimheni də arzulayır. Amma nigeriyalını “Napoli”dən qoparmaq asan olmayacaq. İtaliya çempionu onu satmaq istəmir, üstəlik, hücumçu üçün başqa ciddi müştərilər də var.

 

Mauritsio qapıya “Aston Villa”dan həmyerlisi Emiliano Martinesi, yarımmüdafiə xəttinə “Brayton”dan digər argentinalı Aleksis Makkalisteri və “Vest Hem”dən İngiltərə millisinin üzvü Deklan Raysı istəyir. Lakin bunun üçün onsuz da zəngin heyəti olan londonluların bəzi futbolçuları satması lazımdır.


Digər xəbərlər

Xəbər xətti