“Barselona”nın sabiq baş məşqçisi Ronald Kuman PSJ-nin hücumçusu Lionel Messinin Kataloniya klubuna mümkün qayıdışından danışıb.
Sportarena.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kuman, Messinin “Barsa”ya qayıdacağına inanmadığını deyib:
“Klub prezidenti Xuan Laporta öz imicini qorumaq istəyir, çünki o, Messini buraxan adam kimi tanınır. Messinin “Barselona”ya dönəcəyini düşünmürəm. Serxio Buskets gedəcək, Jordi Alba da “Barselona”da qalmayacaq. Onlar üçü də yaxşı dostdur. ABŞ-a və ya Səudiyyə Ərəbistanına birlikdə getsələr, təəccüblənmərəm”.
35 yaşlı Messinin PSJ ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Daha əvvəl bildirilirdi ki, kataloniyalılar maliyyə problemlərini həll edə bilsələr, argentinalı futbolçu “Barselona”ya qayıda bilər.