"Beşiktaş" Bakıda kobud səhvlə yadda qalan qapıçısını transferə çıxarır

17:29 15 May 2023

Bakıda "Sabah"a qarşı keçirdikləri xeyriyyə oyununda kobud səhvlə yadda qalan Türkiyə "Beşiktaş"ının qapıçısı Ersin Destanoğlu transferə çıxarılacaq.

 

Sportarena.az yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı qolkiper üçün gələn təklifləri dəyərləndirəcək.

 

"Qara qartallar" 2026-cı ilədək müqaviləsi olan gənc çərçivə qoruyucusunun satışından ən azı 3 milyon avro gəlir götürməyi planlaşdırır.

 

Qeyd edək ki, Ersin Destanoğlu 3:3 hesabı ilə başa çatan matçda "Sabah"ın hücumçusu Davit Volkovun vurduğu qol zamanı kobud səhvə yol verib.


Digər xəbərlər

Xəbər xətti