Bu gün futzal üzrə Yüksək Liqada 3-cü yer uğrunda oyun keçirilib.
Sportarena.az xəbər verir ki, bürünc medallar uğrunda “Baku Fire” ilə “Record” komandaları mübarizə aparıblar.
Böyükhesablı qələbə qazanan “Baku Fire” Yüksək Liqada mövsümü bürünc medalla başa vurub.
Nominal meydan sahiblərinin heyətində Oktay Rüstəmli 11 qol vurmaqla bombardirlər yarışında birinci pilləyə yüksəlsə də, Natanın “Neftçi” İK ilə oyundakı məhsuldarlığı həlledici olacaq.
Yüksək Liqa
Üçüncü yer uğrunda oyun
15 may
Baku Fire – Record 23:3
Qol: Oktay Rüstəmli, 5:16; 18:56; 27:21; 28:40; 30:30; 32:48; 36:52; 37:23; 37:39; 37:59; 39:49. Kənan Manafov, 6:11; 13:44; 22:23. Tofiq Əliyev, 7:26; 9:50; 12:10; 28:57; 31:40. Anar İsayev, 7:54-öz qapısına. Murad Quluzadə, 14:51; 16:16. Oruc Baxşəlizadə, 33:52 – Tofiq Məlikov, 28:06. Onur Əlizadə, 28:25. Emin Məhərrəmli, 38:52.
Hakimlər: Rza Məmmədov, Hacıəli Ağayev, Ziya Nəsirov
Hakim-inspektor: Elçin Səmədli
Bakı İdman Sarayı. Saat 16:00.