Fransanın "Marsel" klubunun azarkeşləri "Anje" ilə "Velodrom" stadionunda keçirilmiş oyun (3:1) oyun zamanı mobil telefonu oğurlanan gənc fanat üçün pul yığıblar.
Sportarena.az RMC-yə istinadən xəbər verir ki, tərəfdarlar zərərçəkmişə yeni telefon hədiyyə edəcəklər.
İddiaya görə, bunun üçün kifayət qədər böyük məbləğ toplanıb. Bildirilib ki, həmin pula 2-3 telefon almaq olar.
Qeyd edək ki, "Marsel" 35 turdan sonra 73 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.