Türkiyə Super Liqasında və I Liqada 2023/2024 mövsümü üçün legioner limiti müəyyənləşib.
Sportarena.az xəbər verir ki, bununla bağlı Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytı məlumat paylaşıb.
Super Liqa klubları hazırda olduğu kimi yeni mövsümdə də 8 legioner oynada biləcəklər. Qarşılaşmanın iştirak ərizəsinə isə maksimum 14 əcnəbinin daxil edilməsinə icarə veriləcək.
I Liqada isə klublar 5 legioner futbolçu oynatmaq hüququna sahib olacaq. Daha 3 əcnəbi isə ehtiyatda qala bilər.