Son oyunda heç-heçə

09:34 16 May 2023

İtaliya A Seriyasında 35-ci tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha bir görüş baş tutub.

 

Artıq A Seriyasını tərk edəcəyi dəqiqləşən “Sampdoriya” “Empoli”ni qəbul edib. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər.

 

Hazırda 83 xala malik “Napoli” vahid liderdir. “Yuventus” 69 xalla ikinci, “İnter” 66 xalla üçüncü pillədə qərarlaşıb. “Latsio”nun 65, “Milan”ın 61, “Roma”nın 59, “Atalanta”nın 58 xalı var.

 

İtaliya A Seriyası

35-ci tur

15 may

Sampdoriya – Empoli 1:1

Qol: Zanoli, 34 – Pikkoli, 90+3.


Digər xəbərlər

Xəbər xətti