"Mançester Yunayted" yeni mövsüm üçün transfer fəlaiyyətinə başlayıb.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi yarımmüdafiə xəttini "Yuventus"da çıxış edən Adrien Rabyo ilə gücləndirməyi planlaşdırır. Bu barədə "L'Équipe" nəşri məlumat yayıb. "Qırmızı şeytanlar" yayda İtaliya klubu ilə müqaviləsi başa çatan 28 yaşlı futbolçunu azad agent statusu ilə heyətinə qatacaq.
Qeyd edək ki, "Yuventus" Adrien Rabyonu 2019-cu ilin yayında PSJ-dən transfe edib. Fransa millisinin üzvü cari mövsümdə Turin təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 11 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.