“Lion”un müdafiəçisi Deyan Lovren komanda yoldaşı Aleksandr Lakazettlə PSJ-nin hücumçusu Kilian Mbappeni müqayisə edib.
Sportarena.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, o, komanda yoldaşının qələbə qazanmaq düşüncəsi ilə yaşadığını deyib:
“Lakazett “Arsenal”da çıxış edərkən dəfələrlə ona qarşı oynamışam. Qələbə qazanmaq düşüncəsi ilə yaşayan biridir. Belə oyunçuların sayı çox deyil.
PSJ-də Mbappe üçün ötürmələr verən Lionel Messi var. Lakazett Mbappedən bir az çox qol vurur. Təsəvvür edin: Messi bizim komandada olsaydı, nələr baş verərdi?”
Fransa çempionatının bombardirlik yarışında Mbappe 26 qolla birinci, Lakazett isə 25 qolla ikinci pillədə qərarlaşıb.
PSJ Liqa 1-in turnir cədvəlində 81 xalla birinci, “Lion” isə 56 xalla yeddincidir.