Göy qurşağı rəngli formanı geyinməyən hücumçu cərimələndi

14:52 16 May 2023

"Nant" homofobiyaya qarşı mübarizə tədbirləri çərçivəsində Fransa çempionatının 35-ci turunun "Tuluza" ilə matçına göy qurşağı rənglərində olan nömrələr yazılmış forma ilə çıxıb.

 

Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisinin misirli hücumçusu Mustafa Məhəmməd bu formanı geyməkdən imtina edib. Klub rəhbərliyi buna görə 25 yaşlı forvardın adını oyunun iştirak ərizəsinə daxil etməyib.

 

"Nant" məsələ ilə bağlı bu gün mətbuat xidməti vasitəsilə açıqlama yayıb. Futbolçunun davranışını qəbuledilməz hesab edən klub rəhbərliyi onu cərimələyib.

 

"Tuluza" - "Nant" qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, "Nant" Mustafa Məhəmmədi mövsümün əvvəlində "Qalatasaray"dan icarəyə götürüb. Misir millisinin üzvü komandanın heyətində meydana çıxdığı 48 rəsmi matçda 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti