"İnter" finala yüksəldi - YENİLƏNİB

00:52 17 May 2023

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

 

Sportarena.az xəbər verir ki, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olub.

 

Birinci oyunda "Milan"a 0:2 hesabı ilə qalib gələn "İnter" cavab görüşündən də qalib ayrılmağı bacarıb - 1:0. "İki matçın nəticəsinə görə "İnter" finala vəsiqə qazanıb. 

 

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

16 may

"İnter" (İtaliya) 1:0 "Milan" (İtaliya) (yekun)

Qol: L.Martinez 74

Baş hakim: Kleman Türpen (Fransa)

Milan, "Cüzeppe Meatsa" stadionu

İlk oyun - 2:0

 

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya "Real Madrid"i İngiltərədə "Mançester Siti"nin qonağı olacaq.


Xəbər xətti