Yüngül çəkidə UFC çempionu Leon Edvards böyük futbolda debüt edəcək.
Sportarena.az "Soccer Aid"ə istinadən xəbər verir ki, britaniyalı döyüşçü keçmiş ulduzlara qarşı xeyriyyə matçında məşhur komandanın qapıçısı olacaq. Toplanan bütün vəsait UNICEF-ə göndəriləcək.
Qeyd edək ki, Leon Edvards karyerası ərzində 24 döyüş keçirib və onların 21-ni qələbə ilə başa vurub.