İtaliyanın "Milan" klubunun heyətində ciddi itki baş verib.
Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisinin yarımmüdafiəçisi İsmael Bennaser sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əlcəzairli futbolçu Çempionlar Liqası yarımfinal mərhələsinin "İnter"lə ilk matçında (0:2) xəsarət alıb. Dizində zədə aşkarlanan afrikalı oyunçu 6 ay yaşıl meydanlardan uzaq alacaq.
Qeyd edək ki, "Milan" İsmael Bennaseri 2019-cu ilin yayında "Empoli"dən transfer edib. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.