Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, milli komandamızın üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Konyaspor" səfərdə "Alanyaspor"un qonağı olub. Qarşılaşma konyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 26 yaşlı forvard matçı start heyətdə başlayıb. O, 64-cü dəqiqədə Mame Diufla əvəzlənib.
Xallarını 49-a yüksəldən "Konyaspor" turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.