Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində NTD və "Gəncə" komandaları arasında yarımfinal seriyasının üçüncü oyunu baş tutub.
Sportarena.az xəbər verir ki, iki əlavə vaxtın oynanıldığı gərgin və prinsipial görüş Qərb təmsilçisinin çətin qələbəsi ilə başa çatıb - 106:103. Ən məhsuldar basketbolçular NTD-dən Londel Kinq (23 xal, 12 ribaund), "Gəncə"dən isə Cared Smol (21 xal, 8 ribaund) olub.
Bu nəticə ilə yarımfinal seriyasını 2:1 hesabı ilə qalib tamamlayan "Gəncə" basketbolçuları finala vəsiqə qazanıblar. Komandanın həlledici oyundakı rəqibi "Sabah" kollektivi olacaq.