İngiltərə Premyer Liqasında 2022-2023 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Sportarena.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Arsenal"dan Bukayo Saka və Martin Edeqor, "Mançester Siti"dən Erlinq Haaland və Kevin De Brüyne, "Mançester Yunayted"dən Markus Reşford, "Tottenhem"dən isə Harri Keyn yer alıb.
Azarkeşlər arasında keçiriləcək səsvermənin nəticələri iyunda açıqlanacaq.