İngiltərə “Vest Hem”i İspaniya klubu “Valensiya”nın yarımmüdafiəçisi Yunus Musa ilə maraqlanır.
Sportarena.az “Daily Mail”-ə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi 20 yaşlı futbolçunu yayda heyətinə qatmağı hədəfləyib.
ABŞ millisinin üzvü cari mövsümdə “Valensiya”nın heyətində 35 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.