Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
Sportarena.az xəbər verir ki, bununla da ikinci finalçının adına aydınlıq gəib.
Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşıb. "Etihad" stadionundakı matçda ev sahibi qonaqları darmadağın edərək finala yüksəlib - 4:0.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may
23:00. "Mançester Siti" (İngiltərə) 4:0 "Real Madrid" (İspaniya) (yekun)
Qol: B.Silva 23, 37, Militao 79 (aq), Alvarez 90+1
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.
Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.