Bu gün Azərbaycan Premyer Liqasında XXXIV tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, təxirə salınmış oyunda "Sabah" Sumqayıtda eyniadlı komandanın qonağı olub. Matç qonaqların qələbəsi ilə başa çatıb - 0:4.
Qeyd edək ki, bu görüş "Sabah"ın Türkiyənin "Beşiktaş" komandası ilə keçirdiyi xeyriyyə matçına (3:3) görə təxirə salınıb.
Azərbaycan Premyer Liqası
XXXIV tur
17 may
19:30. "Sumqayıt" 0:4 "Sabah" (yekun)
Qol: Con İrasabal, 34, Davit Volkov, 44, Kristian da Silva, 45+1, Kristian Sebalyos, 72
“Sumqayıt”: 25. İlnur Valiev, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Karim Abubakar, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski
“Sabah”: 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Kapital Bank Arena".
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Kəpəz"lə, "Neftçi" "Şamaxı" ilə 1:1 hesablı sülhə razılaşıb, "Turan Tovuz" Qəbələdə eyniadlı komandanı 2:1, "Qarabağ" isə səfərdə "Səbail"i 3:0 hesabı ilə məğlub edib.