Bir komandanın 11 futbolçusu danışılmış oyunlara görə həbs olunub

13:00 17 May 2023

Honqkonqda bir komandanın 11 futbolçusu danışılmış oyunlarda ittiham edilərək həbs olunub.

 

Sportarena.az xarici mətbuata istinadən xəbər verir ki, bir il davam edən araşdırmadan sonra Korrupsiyaya Qarşı Mübarizə Komissiyası (ICAC) birinci divizionda saxtakarlıq iddiası ilə ümumilikdə 23 nəfərin saxlanıldığını açıqlayıb.

 

İddia edilən cinayətlərə rüşvətxorluq, oyun manipulyasiyası və qanunsuz qumar daxildir. Qeyd olunub ki, hər bir futbolçu oyunun nəticəsinə bilərəkdən təsir etdiyi üçün 1200 ABŞ dolları alıb


Digər xəbərlər

Xəbər xətti